image-2backend

Bakı Şəhər İcra Hakimiyyəti məlumat YAYDI

image-reklam_sirab_01

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Vətəninfo.az-a bildirilib ki, dünən axşam saatlarından etibarən güclü qar yağması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər. Şaxtalı hava şəraitində gecədən səhərə kimi xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib, bu zaman sürüşmə ehtimalı olan yollar, körpülər, enişlərə xüsusi diqqət yetirilib.

Səhərə yaxın kommunal xidmətlərin əməkdaşları tərəfindən yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsi daha da intensivləşib.

Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı paytaxtın bütün rayonlarını əhatə edir.

image-1 image-2 image-3 image-4 image-5 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki