image-37backend

Bakı-Sumqayıt qatarının hərəkəti 16 dəqiqəyə qədər ləngiyib

image-reklam_sirab_01

Kəskin hava şəraiti (güclü küləyin əsməsi) ilə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

Veteninfo.az-ın  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.

“Sərnişinlərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik!”, – deyə qurum bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki