image-reklam-veteninfo
image-1backend

Bakıda iki qardaş bıçaqlandı – Birinin 16 yaşı var

image-reklam-veteninfo
Bakıda iki qardaş bıçaqlanıb.

Vətəninfo.az  xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki