Son günlər gərginləşən Azərbaycan İran münasibətləri fonunda İran mediası Azərbaycan rəsmilərini, birbaşa isə ölkə başçısını kəskin şəkildə tənqid edir. Bu gün ölkəmizdə İran televiziyaları və radioları qanunsuz yayım həyata keçirdir. Maraqlıdır ki, bu təbliğatın və yayımın qarşısını almağa cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenə öz işinin öhdəsindən gələ bilmir. Ölkəmizin cənubunda bütün İran televiziya və radiolarının yayımlandığını nəzərə alsaq bu təbliğatın hansı fəsadlarla nəticələnəcəyi dəhşətlidir. Artıq İran radiosunu elə Bakının mərkəzində də rahatlıqla dinləmək olar. O zaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu yayımın qarşısını almağa niyə acizlik göstərir? Öz yayımını Bakıda da dinləyicilərə çatdıran Ərdəbil radiosu Azərbaycan dövlətinə qarşı açıq piar aparır.
Vətəninfo.az xəbər verir ki, fars rejiminin informasiya şəbəkələrindən olan Ərdəbil radiosu Azərbaycan ərazisində ölkəmiz əleyhinə durmadan kampaniya aparmaqdadır. Radio 702. KHZ dalğasında bu gün saat 15:00 xəbərlərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əleyhinə açıqlamalar yaymaqla yanaşı, AXCP sədri Əli Kərimlini canlı yayıma qoşaraq, onun dilindən Azərbaycan hökumətini tənqid etdirir.
Ancaq Ərdəbil radiosunun bu yayımının ölkəmizdə qarşısına almağa borclu olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nədənsə bunu etmir. Hesab edirik ki, bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi bu halları nəzərdən qaçırmamalıdır.
Məsələ ilə bağlı saytımıza açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, İran hakimiyyəti,eyni zamanda molla rejiminin informasiya şəbəkələri iki qonuşu ölkə arasında mövcud olan əməkdaşlığı davamlı olaraq bu tip hərəkətləri ilə gözdən salır: “Bütün bunlar onu deməyə əsas verir ki, İran hakimiyyəti bilərəkdən Azərbaycana qarşı qaralama kamaniyasını özünün dövlət siyasətinin bir hissəsinə çevirib. Ona görə də müvafiq dövlət orqanlarımız xarici radiostansiyaların yayımılarını ciddi şəkildə nəzarətə götürməli,onların yayımları ölkə ərazisində dayandırılmalıdır. Bu gün Azərbaycan dövləti kommunikasiya texnalogiyalarının tətbiqində kifayət qədər uğurlara sahibdir. Belə olduqda da həmin radio tezliklərin ölkə ərazisində yayımının qarşısını almaq çətin deyil”.
Millət vəkilimizin də dediyi kimi, ölkəmizdə qeyri- qanuni yayım həyata keçirən radio və televiziyaların yayımını bloklamaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün çətin məsələ deyil. Amma görünən odur ki, nədənsə nazirlik bunu etməyə tələsmir.