image-1backend

Bakıdakı məşhur təhsil kompleksində müəllim DÖYÜLDÜ – Həbs olunan var

image-reklam_sirab_01

Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində müəllimi döyən şəxsə hökm oxunub.

Vətəninfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə həmin məktəbin 7-ci sinif şagirdi Elməddinin müəllim tərəfindən təhqir edilməsinə görə baş verib.

Təqsirləndirilən şəxs, 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ələsgər Cavadov (şərti soyad) iddia edib ki, mübahisəyə səbəb məktəbin fiziki tərbiyyə müəllimi Fikrətin onun əmisi nəvəsi Elməddini məktəbin sanitar qovşağında təhqir etməsi olub: “Elməddin mənə ağlaya-ağlaya zəng edərək bildirdi ki, fasilə zamanı sinif yoldaşları ilə birlikdə təhsil kompleksinin liftindən istifadə edərək 5-ci mərtəbəyə qalxıb. Həmin vaxt Fikrət müəllim onların liftdən istifadə etdiyini görüb, arxalarınca gəlib. Elməddin və sinif yoldaşları Fikrət müəllimdən yayınmaq üçün sanitar qovşağa daxil olublar. Fikrət müəllim də onların arxasınca sanitar qovşağa daxil olub. Uşaqlar onu görüb sanitar qovşaqdan çıxmaq istədikdə müəllim onlara mane olaraq, qarşılarını kəsib və sanitar qovşaqdan çıxmalarına icazə verməyib. Uşaqlar sanitar qovşaqdan çıxmağa cəhd etdikdə Fikrət müəllim onlara “kişisinizsə qaçmayın”, “kişiliyiniz olsun” və s. bu kimi sözlər deyib, sanitar qovşaqdan çıxmalarına mane olub. Həmin vaxt Fikrət müəllim Elməddini zərbə ilə sanitar qovşağının divarına çırpıb. Elməddin özünü təhqir olunmuş hesab edərək ağlamağa başlayıb, Fikrət müəllim isə onun əynindəki jaketi dartışdıraraq, “kişi ol, ağlama!” deyib”.

 

Hadisədən sonra Əlsəgər Cavadov məktəbə gəldiyini, təhsil mərkəzinin icraçı direktoru Aysel Həsənlinin otağında Fikrətlə təkbətək görüşdüyünü, ondan üzürxahlıq tələb etdiyini bildirib. Lakin müəllim etdiyi kobudluqları inkar etməyə davam edib: “Buna görə də əsəbiləşərək, müəllimin sifət niahyyəsindən bir neçə dəfə şillə ilə vurdum”.

 

Zərərçəkmiş şəxs isə şagirdiyi döymədiyini və təhqir etmədiyini deyib: “Digər uşaqlar kimi Elməddinə də “yekə uşaqlarsız, bu nə səs-küydür salırsız” dedim. Məktəbin şagirdi Elməddin isə mənə qeyri-etik hərəkət edərək, “nahardır, tənəffüs vaxtıdır, yaxşı edirəm” dedi. Onları sanitar qovşaqda saxlayıb, sinif rəhbərinin gəlməsini gözlədim. Sinif rəhbərinə təhvil verəndən sonra şagirdin qohumu Əlsəgər direktorun otağında hərkəsi arxayın edib çölə çıxardı. Məni isə yumruqlayaraq döyməyə başladı. Məktəbin mühafizə xidməti onu məktəbdən çıxardıqdan sonra polisə müraciət etdik”.

Məhkəmənin qərarı ilə Əlsəgər Cavadov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki