image-reklam-veteninfo
image-1backend

Bakıdan dünyaya sülh və inkişaf çağırışı

image-reklam-veteninfo

Bu gün Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, qlobal təşəbbüslərin mərkəzində dayanan bir dövlətdir. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, ölkəmizin xarici siyasətindəki prioritetləri, eləcə də regionda sülh və əməkdaşlıq naminə atdığımız ardıcıl addımları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Dövlət başçısının bu müraciəti sadəcə bir təbrik və ya diplomatik jest deyil; bu, həm də Azərbaycanın yeni reallıqları şəraitində regionun gələcəyinə dair baxışının proqramıdır. Ölkəmizin təşəbbüskarı olduğu regional layihələr, nəqliyyat-logistika dəhlizləri və yaşıl enerji sahəsindəki addımlar, məhz bu müraciətdə öz əksini tapan strateji xəttin tərkib hissələridir.

Prezidentin mesajlarında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın həmişə ədalətə, beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanan bir platforma təklif etməsidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni tarixi şəraitdə, dövlətimiz qonşularla normal münasibətlərin qurulması, regional sabitliyin bərqərar olunması üçün bütün imkanlardan istifadə edir. İlham Əliyev bir daha dünyaya göstərir ki, Azərbaycan üçün qlobal çağırışlara cavab vermək, regional təhlükəsizliyi təmin etmək və iqtisadi tərəqqiyə töhfə vermək prioritet vəzifədir.

Qeyd edim ki,dövlət başçısının qlobal tribunalardan dünyaya ünvanladığı hər bir mesaj, Azərbaycanın artıq regional oyunçu yox, qlobal miqyasda mühüm tərəfdaş olduğunun təsdiqidir. Prezidentin bu çağırışı beynəlxalq platformalarda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir, dostlarımızın sayını artırır və əməkdaşlıq çərçivəsini genişləndirir.

Biz, media mənsubları olaraq, dövlət başçısının bu prinsipial və uzaqgörən siyasətini dəstəkləyir, ölkəmizin sülhsevər missiyasının beynəlxalq miqyasda daha geniş tanınması üçün üzərimizə düşən məsuliyyəti dərk edirik. Azərbaycanın qlobal əməkdaşlıq masasında olması, regionumuzun rifahı üçün atılan ən vacib addımdır.

 

Nahid Canbaxışlı

“Vətəninfo.az”İnformasiya Agentliyinin

Baş redaktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki