image-55555backend

Bakıdan rus şirkətinə tələb: Bunu etməsəniz…

image-reklam_sirab_01

Artıq bir neçə gündür ki,  Zod qızıl yatağının Ermənistanda yerləşən hissəsindəki mədənbağlanıb. Erməni mediası iddia edir ki, mədənin bağlanmasına səbəb Bakının tələbidir. Vətəninfo.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, artıq bir həftədir erməni işçilər işə çıxmırlar. Qəzet iddia edib ki, mədənin fəaliyyətini dayandırmasının iki səbəbi var. Onlardan biri kimi, mədəni işlədən rus şirkəti ilə Azərbaycan arasında danışıqların getməsidir. “Ruslar Azərbaycanla danışıqların müsbət nəticə verəcəyinə ümid edirlər. Lakin məlum olub ki, Azərbaycan tərəfi hələ ötən ilin sonunda Ermənistan tərəfinə xəbərdarlıq edib ki, mədəndə işləri dayandırsın. Buna səbəb də qazıntı işlərinin Azərbaycan ərazisinə keçməsi olub. Belə ki, yatağın Ermənistana düşən hissəsində ehtiyatlar tükənməyə başlayıb və artıq rentabelli hesab olunmur. Eyni zamanda, mədəndə qızıl hasilatı üçün Azərbaycan ərazisinə keçmək lazım gəlib ki, bundan da Bakı xəbər tutan kimi, xəbərdarlıq edib”.

“Hraparak” yazır ki, hazırda Zod qızıl yatağının 70 faizi Azərbaycanın ərazisində yerləşir. Erməni tərəfinin mədəni işlətməyə davam etməsi isə Azərbaycanın istismar işləri üçün infrastruktur qurmalıydılar. “Bu isə vaxt tələb edirdi”.

Erməni nəşri mədəni istismar edən şirkətdəki mənbəsinə istinadən onu da bildirib ki, hal hazırda Azərbaycanın konkret tələbləri var. Belə ki, rəsmi Bakı Zod qızıl yatağında çalışan ermənilərin işdən çıxarılımasını, onları isə azərbaycanlı işçilərlə əvəz edilməsini tələb edirlər. “Bakı rəsmi şəkildə bildirib ki, əks təqdirdə rus şirkətinin işləməsinə imkan verməyəcəklər. Rus şirkəti isə bu tələbi yerinə yetirməkdən imtian edir. Çünki yatağın işlənilməsində lazım olan bütün avadanlıq və infrastruktur Ermənistan ərazisində yerləşir. Yəni, bu o deməkdir ki, qızıl Azərbaycan ərazisində çıxarılmalı, amma Ermənistanda emal edilməlidir. Əgər Rusiya tərəfi Azərbaycanla dil tapmasa, 800-ə yaxın insanın işsiz qalacağı, cəmi 40-50 nəfərin mədəndə işləyəcəyi, mədənin faktiki işçi qüvvəsinin azərbaycanlı işçi qüvvəsi ilə əvəzlənəcəyi istisna deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki