image-lachin-bayraqbackend

Bakının Laçın yolu ilə bağlı tələbi… – Tomas de Vaal

image-reklam_sirab_01

Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.

Bu sözləri Kornegi Fondunun eksperti Tomas de Vaal erməni internet kanalında təşkil edilən müzakirədə “Laçın yolu nə vaxt və necə açıla bilər” sualına cavabında deyib.

O bildirib ki, çox güman, Moskva və Bakı arasında bu barədə danışıqlar gedir:

“Biz bu danışıqlar haqda heç nə bilmirik. ABŞ-dan, AB-dən müəyyən çağırışlar var. Əlbəttə, Azərbaycanın iradı odur ki, yolda nəqliyyatın hərəkətində şəffaflıq olmalıdır (Laçın yolundan silah, mina daşınması, hərbi məqsədlər və Azərbaycanın yeraltı sərvətlərinin talanmasında istifadəsi olunması nəzərdə tutulur – red.), kimlərin bu yoldan keçdiyi bilinməlidir. Hesab edirəm ki, bu məsələ həll oluna bilər. O ki qaldı Prezident İlham Əliyevin daha iddialı tələbləri, təəssüf ki, bununla bağlı biz heç nə deyə bilmərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki