image-1backend

BAKU.TV-nin 6 yaşı tamam olur — VİDEO

image-reklam_sirab_01
Baku TV-nin yaranmasından 6 il ötür.

Rəqəmsal mediaya yenilik gətirən Baku TV-nin hazırda YouTube-da 1 milyona yaxın abunəçisi var.

Ölkə və dünya gündəmi ilə bağlı xəbərləri operativ şəkildə təqdim edən kanal eyni zamanda digər sosial şəbəkələrdə ən vacib və aktual informasiyaları izləyiciyə çatdırır.

Bu illər ərzində hadisə yerindən reportajları, eksklüziv müsahibələri, ekspert analizləri ilə dəqiq və etibarlı xəbər mənbəyinə çevrilən Baku TV müəllif verilişləri və araşdırmaları ilə də izləyici rəğbəti qazanıb.

Baku TV artıq daha böyük auditoriyaya çatmaq imkanı əldə edib: kanal “Azərspace” vasitəsilə də yayımlanır.
Bundan əlavə, Baku TV-ni KATV 1, Connect, CityNet, Ailə TV, Aztelekom və Baktelecom-un rəqəmsal platforması olan Tvin TV, Megogo, ATV+ abunəçiləri də izləyə bilirlər.

Vətəninfo.az olaraq BAKU TV-ni təbrik edirik, fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki