Balakəndə ötən gün baş verən zəncirvari yol-nəqliyyat hadisəsində daha bir nəfər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Yaşar Mütəllibov Mahamarəsul oğlu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Bununla da “Hyundai”, “KIA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Qeyd edək ki, qəza zamanı Yaşar Mütəllibovun ailə üzvləri – oğlu Rəşad Mütəllibov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Pərvanə Məmmədova da həyatını itirib. “Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova da hadisə yerində ölüb.
Qəza nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü Şərif Soltanov Siracəddin oğlunun müalicəsi davam etdirilir.
Məlumata görə, Mütəllibovlar ailəsi oğulları Rəşadın toyuna hazırlaşırmış. Onun avqustun 25-də toy mərasiminin keçirilməsi planlaşdırılırmış.“Qafqazinfo”


























