image-1backend

Barak Obama İsraili işğalçı adlandırdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama X sosial şəbəkəsində dərc olunan “Pod Save America” nəşrinə müsahibəsində Fələstin-İsrail münaqişəsində hər kəs “bu və ya digər dərəcədə şərikdir” deyib.

“HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, – deyə Obama bildirib.

O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır.

“Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki