image-1backend

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildi

image-reklam_sirab_01

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı – Rəfael Süleymanov və Məmməd

Əliyevin qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında qəbul edilərək, ona Azərbaycan

Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərman və hədiyyə təqdim edilib.

Baş Prokurorluqda görüş zamanı Rəfael Süleymanov və Məmməd Əliyevin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli

xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq

qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər

qeyd edilib.

Rəfael Süleymanov və Məmməd Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.

image-2 image-3

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki