Almaniya çempionu “Bavariya” İngiltərə çempionu “Mançester Siti”dən transfer etdiyi komandaya yeni gələn Joao Kanselonu təqdim edib. Vətəninfo.az xəbər verir ki, “Bavariya” 28 yaşlı sağ müdafiəçi ilə yarımillik icarə müqaviləsi imzalayıb. O, 22 nömrəli forma ilə çıxış edəcək.
Yayda Almaniya klubu Canselunun transfer hüququnu 70 milyon avroya almaq imkanı əldə edəcək.
Cari mövsümdə Kanselu Mançester klubunun heyətində 26 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola ilə münasibətləri gərgin olub və əsas heyətdən kənarda qalıb.