image-333backend

Baxmut kimdədir? – Priqojin qaranlıqda bayraq “qaldırır”, Ukrayna “şəhər bizdədir” deyir

image-reklam_sirab_01

Rusiyanın muzdlu əsgər qrupu Wagner-in rəhbəri Yevgeni Prigozhin aylardır döyüşlərin davam etdiyi Ukraynanın şərqindəki Baxmut şəhərinin bələdiyyə binasına Rusiya bayrağı asdıqlarını bildirib.

Prigozhin gecə vaxtı çəkilən bir videoda “Baxmutun hüquqi baxımdan artıq Rusiyanın bir şəhəri olduğunu” deyib. Yevgeni Prigozhin Ukrayna ordusunun şəhərin qərb hissəsində olduğunu da qeyd edib.

Ukraynalı rəsmilər Prigozhin-in videosunu “propaqanda” adlandıraraq, şəhərin hələ də Ukrayna ordusunda olduğunu diqqətə çatdırıb.

Rusiya aylardır Baxmutu ələ keçirməyə çalışır.

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya Baxmuta hücumları dayandırmayıb.

“Düşmənin çox sayda hücumlarını dəf edən Ukrayna qüvvələri qəhrəmancasına şəhəri öz nəzarətlərində saxlamağa davam edirlər”, – qurumdan bildirilib.

Prigozhin videosunda Baxmut şəhərinə sancdıqları bayrağın üzərində bazar ertəsi Sankt Peterburqda bir kafedə meydana gələn partlayışda ölən Kremlyönlü bloqçu Vladlen Tatarskinin adının yazıldığını vurğulayıb.

BBC video görüntülərin doğru olub-olmadığını təsdiqləyə bilməyib.

Müharibə Araşdırmaları İnstitutunun apardığı analizə görə, Rusiya qüvvələrinin cənubdan və şərqdən etdikləri hücumlara baxmayaraq şəhərin böyük hissəsi hələ də Ukraynanın nəzarətindədir.

İnstitutun məlumatına əsasən bələdiyyə binası şəhər şərq istiqamətindən girən rus ordusunun ələ keçirdiyi bölgədə yerləşir.

Wagner Baxmut döyüşlərində ağır itkilər verib. Şirkətin muzdlu əsgərlərinin böyük hissəsi Rusiya həbsxanalarından buraxılan məhkumlardan ibarətdir.

Baxmutda muzdlularla yanaşı rus ordusu da döyüşür.

Hərbi təhlilçilər Baxmut şəhərinin çox az strateji əhəmiyyətə malik olduğunu deyirlər.

Rusiya, Ukrayna, müharibə, münaqişə

Baxmut ehtiyat qüvvələrin yerləşdirildiyi şəhər olmamaqla yanaşı, böyük əhali nüfuzuna da malik deyil.

Müharibədən əvvəl bu şəhərdə 70 min insanın yaşadığı bildirilir.Hər hansı coğrafi əhəmiyyəti də yoxdur. Lakin Qərb rəsmilərindən birinin dediyinə görə Baxmut “1200 kilometrlik ön xətdə kiçik taktiki manevr ərazisidir”.

Rusiya şəhəri ələ keçirmək üçün hələ də ən böyük hərbi qüvvəsini burada istifadə edir. Qərbli rəsmilər indiyədək Baxmutda 20-30 minə qədər rus əsgərinin öldüyünü və ya yaralandığını güman edirlər.

Kremlin simvolik də olsa bir qələbəyə ehtiyacı var. Rus qüvvələrinin Severodonetsk və Lysychansk kimi şəhərləri ələ keçirdiyi ötən yaz aylarından bəri Rusiyanın əldə etdiyi ərazilər çox azdır.

Buna görə də, Rusiyanın ölkədə mövcud hökumətin propaqandasını davam etdirməsi üçün bir uğura ehtiyacı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki