image-99backend

Bayden  Ərdoğana hər cür kömək vəd etdi

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bazar ertəsi telefon danışığı zamanı ölkədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür dəstəyi verməyə hazır olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Ağ Evdən mediaya bildiriblər.

“Prezident təsdiqlədi ki, ABŞ bu faciədən sonra NATO müttəfiqi Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır. Prezident Bayden ard-arda baş verən zəlzələlər nəticəsində əziyyət çəkən və ya yaxınlarını itirənlərə Amerika xalqı adından başsağlığı verib”, – ABŞ administrasiyasının iki lider arasındakı söhbətə əsaslanan bəyanatında deyilir.

Həmçinin qeyd olunub ki, Bayden zəlzələdən sonra aktual olan “axtarış-xilasetmə və digər işlərdə Türkiyəyə operativ dəstək verəcək” amerikalı mütəxəssislərin işi məsələsinə toxunub. Bayden administrasiyası qeyd edib ki, bura həmçinin tibbi xidmətin göstərilməsi və zəruri əşyaların çatdırılması daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki