image-tank-1-696x465backend

Bayden inanılmaz rəqəm açıqladı: “Ukraynaya 700-dən çox tank veriləcək”

image-reklam_sirab_01

ABŞ Ukraynaya 700 tank, eləcə də zirehli texnika, artilleriya sistemləri və sursat təhvil verəcək.

Bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Qərb müttəfiqləri ilə birlikdə biz 700 tank və minlərlə zirehli texnika yığmışıq”, – “Ukrayna Online” teleqram kanalı Baydenin sözlərini istinad edir. ABŞ prezidenti əlavə edib ki, Vaşinqton həmçinin Ukrayna ordusuna minə yaxın artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı verəcək.

“Hərbi yardım paketinə həmçinin 50 raket sistemi və hava hücumundan müdafiə sistemi daxil olacaq”, Bayden yekunlaşdırıb.

Bundan əvvəl, Co Bayden Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki