image-444backend

Bayden: NATO-nun növbəti sammiti ABŞ-da keçiriləcək

image-reklam_sirab_01

Şimali Atlantika Alyansının 75-ci ildönümü ilə əlaqədar NATO-nun növbəti sammiti ABŞ-da keçiriləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı bildirib.

Bayden, gələn il “dünya tarixində ən güclü müdafiə ittifaqının” 75-ci ildönümünü qeyd etmək üçün alyansın bütün üzvlərini qəbul edəcəyini söylədi.

“Və heç bir şübhə olmasın. ABŞ-ın NATO müttəfiqliyimizə və Beşinci Maddəyə sadiqliyi sarsılmazdır, Bayden deyib. – NATO-nun hər bir üzvü bunu bilir, Rusiya da bunu bilir. Birinə hücum hamıya hücumdur. Bu, müqəddəs anddır”.

ABŞ prezidentinin sözlərinə görə, onun rusiyalı həmkarı Vladimir Putin “NATO-nun “finlandiyalaşdırılmasını” əldə edəcəyini düşünürdü, lakin əvəzində Finlandiya və İsveçin “NATOlaşması”nı əldə etdi”.

Xatırladaq ki, ABŞ prezidenti Polşada səfərdədir.

Çərşənbə günü Baydenin NATO-nun şərq cinahının ölkələri: Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu Buxarest Nine liderləri ilə görüşü gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki