image-1backend

Bayden Türkiyəyə görə Konqresə məktub göndərdi: Dərhal təsdiqləyin

image-reklam_sirab_01

Yanvarın 24-də ABŞ prezidenti Co Bayden Konqresin hər iki palatasının xarici əlaqələr komitələrinə məktub göndərərək onları F-16 qırıcılarının Türkiyəyə satışını dərhal təsdiqləməyə çağırıb. Bu barədə Vətəninfo.az  Reuters-ə istinadən xəbər verir .

Bayden Ankara İsveçin NATO üzvlüyünü ratifikasiya prosesini başa vuran kimi Türkiyəyə qırıcı təyyarələrin satışına başlamağı planlaşdırır.

Dörd mənbənin Reuters-ə verdiyi məlumata görə, yanvarın 24-də Ağ Ev Konqres üzvlərinə məktub göndərərək, onları Türkiyəyə 20 milyard dollarlıq F-16 qırıcı təyyarələri və təkmilləşdirmə dəstlərinin satışını təsdiqləməyə çağırıb. Türkiyə bu alış üçün 2021-ci ildə ABŞ-a müraciət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki