image-image_750x_63a009241ba8abackend

Bayden Ukraynaya gəlməkdən niyə imtina edir?

image-reklam_sirab_01

Hazırda ABŞ prezidenti Co Bayden təhlükəsizlik təhdidləri səbəbindən Ukraynaya və ölkənin paytaxtı Kiyevə səfər etmək niyyətində deyil.

Vətəninfo.az xəbər verir ki, Amerika liderinin rəsmi səfərdən imtinasının səbəbini “Politico” jurnalı Ağ Ev rəsmilərinin anonim mənbələrinə istinadən bildirib.

Bayden daha əvvəl Ukraynaya dəstəyin davamlı olacağına əminlik verib və qeyd edib ki, ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyi prioritet hesab edir.

Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti ilə telefon danışığında Vaşinqtona “görünməmiş hərbi və maliyyə yardımına” görə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki