image-tankbackend

“Bayraktar”ın ilk zərbəsi: təmas xəttində vəziyyət kəskinləşir

image-reklam_sirab_01

Ukrayna Silahlı Qüvvələrinin ötən gün Donbass separatçılarının artilleriya mövqeyinə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən ilk zərbəni endirməsindən sonra təmas xətti boyu vəziyyətin kəskinləşdiyi haqda xəbərlər yayılır.

Xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələri Donetsk separatçı qüvvələrinin Ukrayna ordusunun artilleriya mövqeyini atəşə tutmasına, bir hərbçinin həlak olmasına cavab olaraq ilk dəfə “Bayraktar TB2” döyüş PUA-sını işə salıb. Pilotsuz təyyarə separatçıların nəzarətində olan bölgənin hava məkanına daxil olub və hava hücumundan müdafiə sistemləri onu “görə” bilməyib, eyni zamanda separatçıların sərəncamında olan radioelektron mübarizə sistemləri də işə yaramayıb.

image-t1

Bu gün Ukrayna Baş qərargahı “Bayraktar”dan separatçıların artilleriya mövqeyinə endirilən raket zərbəsinin görüntülərini yayıb.Bu gün səhər saatlarında yayılan məlumatlara görə Ukrayna ordusu Slavyansk və Baxmut yaşayış məntəqələri ətrafında yerləşdirilmiş artilleriya sistemlərini döyüş mövqelərinə çıxarıb. Artilleriya qurğularının hərəkət etdiyi hərbi kalonun cənuba tərəf istiqamətləndiyi bildirilir. Rəsmi məlumat isə hələlik yoxdur. Slavyansk və Baxmutdan cənubda Donetsk və Luqansk şəhərləri yerləşir.

Telegram-kanallar bildirir ki, ötən gecədən bəri təmas xəttində vəziyyətin xeyli kəskinləşməsi müşahidə edilir. Donetsk vilayətinin separatçıların nəzarətində olan iki qəsəbəsindən əhali təxliyə edilib, çünki tərəflər bir-birlərinə qarşı ağır artilleriyadan, avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edir.

Digər məlumatlara görə separatçı qüvvələrin komandanlığı da təmas xəttinə tankları cəmləşdirməkdədir. Təmas xəttinə yaxın Telmanovo qəsəbəsinin sakinləri azı 6 T-72 tankının ön xəttə doğru getdiyini görüblər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki