image-1674475831_4backend

BBC-nin jurnalistindən Ruben Vardanyana sərt sillə: “Azərbaycanın bir hissəsi olacaqsınız” – VİDEO

image-reklam_sirab_01

Kremlin Qarabağdakı himayədarı, rusiyalı oliqarx, qondarma rejimin “dövlət nazirir” Ruben Vardanyan BBC telekanalında yayımlanan HARDtalk proqramına müsahibə verib.

Vətəninfo.az  xəbər verir ki, aparıcı Stiven Sakur veriliş boyu sualları ilə qaçaq oliqarxı çətin vəziyyə salıb və ona tərs sillə vurub.

Jurnalistin sözlərinə görə, separatçıların iki yolu var, ya Bakının şərtlərini qəbul etmək, ya da qaçmaq, uzunmüddətli perspektivdə isə siz suveren Azərbaycanın bir hissəsi olacaqsınız:

“Mən baş verənlər haqqında danışmaqda daha çox maraqlıyam. Son olaylar böyük mənzərənin bir hissəsidir. Və böyük mənzərə ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında bu ərazi ilə bağlı münaqişə uzun onilliklərdir ki, davam edir. 2020-ci ildə Azərbaycan Qarabağda böyük hərbi qələbə qazana bildi. 2020-ci ilə qədər nəzarət etdiyiniz ərazinin üçdə ikisindən çoxunu itirmisiniz. Siz hazırda iqtisadi blokadada olan çox kiçik bir anklavı idarə edirsiniz.

Mənə elə gəlir ki, indi sizin yeganə real çıxış yolunuz Azərbaycanla siyasi saziş hazırlamaqdır. Ya da Qarabağın erməni icması belə yaşamağın mümkün olmadığı ilə bağlı qərar qəbul etməlidir və ərazini tərk etməlidir. Siz nəyi seçəcəksiniz – siyasi sövdələşmə, yoxsa Qarabağdan köçmə?”, deyə o, Stiven Sakur sual verib.
Ruben Vardanyan isə hər dəfə cavabında Avropa Parlamentinin Azərbaycana qarşı kağız parçasına bənzər və heç bir hüquqi sənədə söykənməyən, yalnız erməni diasporunun uydurmaları ilə qəbul edilən “qətnamədən söz açıb.

Aparıcını isə onun dedikləri heç maraqlandırmayıb və qaçaq milyarderi növbəti sualı ilə çaş-baş salıb:

“Blokada götürülsə belə, sualım aktual olaraq qalır. Sizin icma uzun müddət orada necə yaşaya biləcək? Hətta İrəvandakı siyasi rəhbərlik də bunun ərazi mübahisəsi olmadığını deyir. Onlar (Ermənistan – red.) Qarabağa iddia etmirlər və onun müstəqilliyini tanımağa çalışmırlar. İrəvanda vurğulayırlar ki, bütün bunlar sadəcə hüquqi məsələdir. Bu, erməni icmasının hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsidir… Uzunmüddətli perspektiv ondan ibarətdir ki, siz suveren Azərbaycanın bir hissəsi olacaqsınız. Siz bunu qəbul edirsiniz?!”.

Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki