image-63df5d19f2fd4backend

BƏƏ, Fransa və Hindistan birlik yaratdılar

image-reklam_sirab_01

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa və Hindistan Üçtərəfli Əməkdaşlıq Təşəbbüsü qrupu yaratdılar.

Vətəninfo.az xəbər verir ki, BƏƏ rəsmi xəbər agentliyi “WAM”da yer alan xəbərə görə, BƏƏ xarici işlər naziri Abdullah ibn Zayed, Fransa xarici işlər naziri Ketrin Kolonna (Catherine Colonna) və Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar (Subrahmanyam Jaishankar) telefonla danışıblar.

Üçtərəfli Əməkdaşlıq Təşəbbüsü qrupunun BƏƏ, Fransa və Hindistan tərəfindən təsis edildiyi xəbərində bu qrupun enerji və iqlim dəyişikliyi də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq layihələrinin təşviqi, planlaşdırılması və həyata keçirilməsi üçün forum rolunu oynayacağı qeyd olunub. Bu üç ölkə arasında sıx əməkdaşlıq, birlik, inkişaf və müştərək istehsal sahələrinin artırılması üçün səylər göstəriləcək, müdafiə qüvvələri arasında daha çox əməkdaşlıq və təlim imkanları həyata keçiriləcək.

Mövzu ilə bağlı atılacaq addımların yol xəritəsi nazirlər tərəfindən tərtib edilib.

Üçtərəfli Əməkdaşlıq Təşəbbüsü qrupunun ən çox diqqət çəkən sahələri texnoloji innovasiya, mədəniyyət və epidemiya xəstəliklərilə mübarizə mövzularıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki