image-1651731776-6378backend

Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir, narazılıq artır – Baş Qərargah

image-reklam_sirab_01

“Belarus hərbçiləri ölkəni Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi olduğundan hərbi-siyasi rəhbərliyin fəaliyyətindən narazıdırlar.” – Vətəninfo.az xəbər verir ki, bunu  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində qeyd edilib.

Ukrayna Baş Qərargahında qeyd etdiyi kimi, Belarusun poliqonlarında Rusiya bölmələrinin təlimi davam edir. Bu ölkə Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, raket və hava zərbələri üçün ərazi və hava məkanı təmin edir.

“Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən narazılıq bu ölkənin sərhəd xidmətinin hərbçiləri və silahlı qüvvələri arasında getdikcə artır, çünki respublikanı Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi yaranır”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki