image-d3975b09-c99d-4024-aec2-c65f960ebe7dbackend

“Belarusa gətiriləcək nüvə silahı bizim olacaq” – Lukaşenko

image-reklam_sirab_01

Belarus sülh dövlətidir, amma ixtiyari təcavüzkara bütün gücü ilə cavab verə bilər.

Bu barədə martıq 31-də Aleksandr Lukaşenko belarus xalqına və parlamentinə göndərdiyi ismarıçda bəyan edib.

Onun sözlərinə görə, dövlətin müdafiə qabiliyyəti suverenlik və müstəqilliyin şərtlərindən biridir. Bu zaman o, qeyd edib ki, Belarusun suveren ərazisinə istənilən təcavüz təcili cavab alacaq, ölkənin müstəqilliyi isə o cümlədən, Rusiyanın respublikada yerləşdirəcəyi nüvə arsenalı ilə təmin olunacaq.

«Bu, bizim silahımızdır, bizim suverenliyimizi və müstəqilliyimizi təmin edəcək» – o, deyib.
Bununla əlaqədar olaraq, Lukaşenko xəbər verib ki, bundan əvvəl «Topol» raket komplekslərinin yerləşdirildiyi bütün meydançaların bərpasına göstəriş verib və əgər lazım olarsa Belarusa həm də strateji nüvə silahı gətiriləcək, Minsk və Moskva isə özlərini müdafiə edərkən, heç nəyin qarşısında dayanmayacaq.

«Siz, Rusiya Prezidentindən eşitdiniz ki, Rusiya Belarusla birgə respublika ərazisində uyğun infrastrukturun yaradılması planını gerçəkləşdirmək istəyir. Mən, dəqiqləşdirmək istəyirəm: bütün infrastruktur yaradılıb və hazırdır» – Belarus lideri qeyd edib.

Bu zaman o, qeyd edib ki, kimlər ki, ölkədə sülh və təhlükəsizlikdən narahatlıq keçirir, sakitləşə bilər. «Heç nədən qorxmayın, hər şey normal olacaq» – Lukaşenko qeyd edib.

Bütün hazırlıq işlərinin iyulun 1-ə kimi başa çatdırılacağı planlaşdırılır (EADaily).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki