image-reklam-veteninfo
image-1backend

 Bələdiyyədə korrupsiya əməliyyatı: 13 nəfər saxlanılıb

image-reklam-veteninfo

Türkiyənin İzmir vilayətində yerləşən Menderes Bələdiyyəsinə qarşı həyata keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri İlkay Çiçək də daxil olmaqla 13 nəfər saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, İzmir Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq zamanı müəyyən edilib ki, şəxsi mənfəət əldə etmək məqsədilə tikinti icazələri, tikinti lisenziyaları və şəhərsalma planlarında dəyişikliklərlə bağlı qanun pozuntularına yol verilib. İstintaq çərçivəsində “rüşvət”, “mənimsəmə”, “rəsmi sənədlərin saxtalaşdırılması”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “şəhərsalma qaydalarının pozulması” cinayətlərinin mütəşəkkil şəkildə törədildiyi bildirilib.

Ekspert rəyləri, ərazi araşdırmaları, fiziki və rəqəmsal sübutların təhlilindən sonra prokurorluq 16 şübhəli barəsində həbs qərarı çıxarıb.

İzmir Vilayət Jandarma Komandanlığının əməkdaşları səhər saatlarında Menderes, Karabağlar və Konak rayonlarında müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində Menderes Bələdiyyəsinin sədri İlkay Çiçək, sədr müavini M.T., Planlaşdırma və Şəhərsalma İdarəsinin direktoru İ.Y., Planlaşdırma və Layihələndirmə İdarəsinin direktoru D.P., Tikinti Nəzarəti İdarəsinin direktoru Ö.Y., həmin idarələrin keçmiş rəhbər vəzifələrini icra etmiş Y.U. və H.Y., bələdiyyə məclisinin üzvü E.P., bələdiyyə əməkdaşları Ö.C.K. və A.B.Y., eləcə də İ.P., M.P. və A.P. saxlanılıblar.

Hazırda ünvanlarında aşkar edilməyən sədr müavini R.S., bələdiyyə məclisinin üzvü F.H. və Tikinti Nəzarəti İdarəsinin keçmiş rəisi S.D.-nin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Saxlanılan şəxslər ifadələrinin alınması üçün İzmir Vilayət Jandarma Komandanlığına aparılıblar. İstintaq davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki