image-22backend

“Benfika”  Ronaldonun komandasını darmadağın etdi

image-reklam_sirab_01

Portuqaliya “Benfika”sı yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunu qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

Vətəninfo.az xəbər verir ki, 23-cü dəqiqədə “Benfika”ya qayıdan portuqaliyalı yarımmüdafiəçi Anxel Di Maria hesabı açıb. Fasiləyə qədər portuqaliyalı hücumçu Qonzalo Ramouş dubl edib, Xalid Əl-Qanam “Əl-Nəsr”dən hesab fərqini azaldıb. İkinci hissədə “Benfika”nın dördüncü qolunu 19 yaşlı norveçli hücumçu Andreas Şelderup vurub.

38 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Əl Nəsr”in start heyətində yer alıb və 84-cü dəqiqədə əvəzlənib.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki