image-ve5backend

Bərdə Regional Mədəniyyət İdarəsində KİV-nin nümayəndələri ilə görüş keçirilib

image-reklam_sirab_01

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova  kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Çıxış edən Regional İdarəsinin rəisi Vəsilə  Möhsümova bildirib ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

Keçmiş Sovetlər İttifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxladığını, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başladığını diqqətə çatdıran regional idarənin rəisi vurğulayıb ki, məhz bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Vəsilə Möhsümova  qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.

Regional idarənin rəisi Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu, həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.

Tədbirdə çıxış edən mətbuat nümayəndələri görüşün əhəmiyyətini qeyd edərək bildiriblər ki, belə görüşlər KİV nümayəndələri ilə regional idarənin əməkdaşlığını artıraraq onlar arasında əhəmiyyətli körpü rolunu oynayacaqdır. Onlar, həmçinin çıxışlarında Bərdə Regional Mədəniyyət İdarəsinin, onun fəaliyyətinin işıqlandırılması zamanı dövlət və milli maraqları daim diqqətdə saxlayaraq, bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.

Sonda KİV nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklif və tövsiyələri dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image