image-45backend

Berlin hava limanı tətilə görə bütün reysləri ləğv etdi

image-reklam_sirab_01

Almaniyanın Verdi həmkarlar ittifaqının tətili ilə əlaqədar Berlin hava limanında yanvarın 25-nə planlaşdırılan bütün reyslər təxirə salınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə hava limanının saytında bildirilir.

300-ə yaxın reys ləğv edilib. Bu qərar 35 mindən çox sərnişinə təsir edəcək.

Bundan başqa, bildirilir ki, həmkarlar ittifaqı yerüstü nəqliyyat xidmətləri və uçuş təhlükəsizliyi xidmətlərinin əməkdaşlarını tətilə qoşulmağa çağırıb.

“Sərnişinlər uçuşların gecikmələrinə və ləğvinə hazırlaşmalıdırlar”, – bəyanatda deyilir.

Alman həmkarlar ittifaqı Verdinin müqaviləsi bir illik olan işçilərin əmək haqqının 500 avro artırılmasını tələb etdiyi bildirilir. İşəgötürən cari əmək haqqını saxlamaqla daha uzunmüddətli əlaqələr təklif edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki