image-333023274_3300144483608926_2716464500466900928_nbackend

Bəşar Əsəd: “Suriya erməniləri ölkəmizin milli kimliyinin və sosial quruluşunun tərkib hissəsidir”

image-reklam_sirab_01
İranın “Tələbə” İnformasiya Agentliyi xəbər verir ki, Suriya prezidenti Ermənistanın xarici işlər naziri ilə görüşdə bu ölkənin Suriyadakı zəlzələdən zərərçəkənlərə yardımını yüksək qiymətləndirib.
Vətəninfo.az xəbər verir ki, Suriya prezidentinin administrasiyası “Facebook” sosial şəbəkəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Dəməşqə səfəri zamanı Suriya prezidenti Bəşar Əsədlə görüşdüyü barədə məlumat yayıb.
Middle East News-un məlumatına görə, görüşdə Əsəd iki ölkə arasındakı əlaqələrin birgə maraqlar çərçivəsində genişləndirilməsinə çalışılmasının vacibliyini vurğulayaraq, Suriya ermənilərinin bu ölkənin kimliyinin və sosial quruluşunun ayrılmaz bir parçası olduğunu bildirib.
O əlavə edib ki, qlobal çağırışlarla üzləşmək beynəlxalq əlaqələr və sazişlər şəbəkəsinin yaradılmasını tələb edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki