image-reklam-veteninfo
image-images-1backend

Bessent: “ABŞ İrana qarşı iqtisadi təzyiqi davam etdirəcək” 

image-reklam-veteninfo

ABŞ-nin maliyyə naziri Skot Bessent Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasətini davam etdirəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Bessent qeyd edib ki, ABŞ İranı maddi, texnoloji və maliyyə baxımından dəstəkləyən şəbəkələri müəyyənləşdirməyə və onların fəaliyyətini pozmağa davam edəcək.

Onun açıqlaması ABŞ-nin İranla əlaqəli silah təchizatı şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra səslənib.

Bessentin sözlərinə görə, “iqtisadi təcrid” siyasəti çərçivəsində ABŞ Maliyyə Nazirliyi İran hökumətinin fəaliyyətinə şərait yaradan şəxsləri və qurumları müəyyənləşdirməyə, ifşa etməyə və təcrid etməyə davam edəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki