image-777backend

Beynəlxalq Əfv Təşkilatı etnik bəluç etirazçıların öldürülməsi ilə bağlı bəyanat yaydı

image-reklam_sirab_01
“Dünya Sistan və Bəluçistanda daha çox etirazçının öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlərə əl atmalıdır”.
Vətəninfo.az xəbər verir ki, noyabrın 11-də İranın Sistan-Bəluçistan əyalətində keçiriləcək nümayişlərdən bir gün öncə Beynəlxalq Əfv Təşkilatı ölənlərin, o cümlədən uşaqların sayının artacağı ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti burada etirazçıların daha çox öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Təşkilatın yaydığı bəyanatda deyilir ki, İran hökumət qüvvələri noyabrın 4-də Sistan-Bəluçistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin ölümcül şəkildə yatırılmasında ikisi uşaq olmaqla ən azı 18 etirazçını öldürüb, onlarla insanı yaralayıb.
Qeyd edək ki, sentyabrın 30-da hökumət qüvvələrinin Zahidanın Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra etirazlar zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki