image-download-1backend

Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yayıb

image-reklam_sirab_01
Beynəlxalq Əfv Təşkilatı Məcid Rza Rəhnəvərdin ictimaiyyətin gözü önündə edam edilməsini İran hakimiyyətinin qisas məqsədli qətli adlandırıb.
Vətəninfo.az xəbər verir ki, Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktor müavini ümumi etirazlarla əlaqədar ədalətsiz saxta məhkəmədən sonra İran hakimiyyəti tərəfindən insanların gözü qarşısında edam edilən 23 yaşlı etirazçı gənc Məcid Rza Rəhnəvərdın edam olunmasına münasibət bildirib.
“Məcid Rzanın Rəhnəvərdin dəhşətli edamı İranın Məhkəmə sistemini ictimaiyyət qarşısında rüsvay etdi. Bu, insanları qorxutmaq və mövcud vəziyyət qarşısında susmağa məcbur edən repressiya vasitəsidir”,-deyə, bəyanatda bildirilib.
Bəyanatda beynəlxalq ictimaiyyətdən İran hakimiyyətinə ölüm hökmlərini dayandırmaq və ləğv etmək məqsədilə təzyiq göstərmək üçün bütün lazımi tədbirləri görmələri tələb edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki