image-444backend

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndində “xəstə” oyunu: Erməni siyasətçilər Qarabağa necə gəlir? -FAKTLAR

image-reklam_sirab_01

Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları Qarabağda Azərbaycana qarşı inanılmaz təxribat həyata keçirirlər. Vətəninfo.az-ın apardığı araşdırma zamanı  Beynəlxalq Qızıl Xaç Komitəsinin  və Rusiya sülhməramlılarının birgə erməni siyasi elita nümayəndələrinin Qarabağa və yaxud Xankəndindən Ermənistana necə aparmasının detallarını araşdırıb.

Eremənilərin özləri də etiraf edib ki, erməni siyasətçiləri məhz Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə “xəstə” adı altında siyasətçilər və ya ekspertlər Xankəndinə və yaxud Ermənistan ərazisinə aparılır. Bu barədə geniş araşdırma aparan  ermənilərin panorama.am saytı bu qənaətə gəlib ki, erməni siyasətçilərini  Qarabağa çatmasına Beynəlxalq Qızıl Xaç Komitəsi açıq şəkildə dəstək verir?. Amma necə?

Dünən İrəvanda  “Profil” nəşriyyatında  alim Hermine Mxitaryanın “Seçilmiş məğlubiyyət” kitabının təqdimat mərasimi keçirilib. Maraqlıdır ki, iki gün öncə Xankəndində olan  erməni analitik Karen Bekaryan bu təqdimat mərasimində iştirak edib.

image-455555

“Profil” nəşriyyatının təsisçisi, politoloq Armen Minasyan bildirib ki, Karen Bekaryan bir aydan artıqdır ki, Qarabağdadır və orada “Pendul” kitabının təqdimatı keçirilib.

“ Bekaryan bu gün hamımız üçün sürpriz olaraq İrəvana qayıtmağı bacardı”, – deyə Minasyan bildirib və Karen Bekaryandan İrəvana necə çatdığını soruşub.

Karen Bekaryan Xankəndindən İrəvana necə gəldiyini açıqlayıb: “ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə tərəfdaşlıqdan istifadə edərək İrəvana gələ bildim”.

Yəqin ki, Karen Bekaryanın bu açıqlamasından sonra Beynəlxalq Qızıl Xaç Komitəsi bu ittihamlara cavab verəcək.

Maraqlıdır ki, bu günə qədər Xankəndindən İrəvana aparılan “xəstə”ləri nə Rusiya sülhməramlıları , nə də Azərbaycan tərəfi yoxlamır. Bundan istifadə edən  Beynəlxalq Qızıl Xaç Komitəsi  öz çirkin missiyasını həyata keçirərək Azərbaycana xəyanət edir. Yəqin ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsindən bunun hesabını soracaq.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki