image-888backend

” Bild” nəşri: Ukrayna-Rusiya müharibəsinin qalibi Türkiyədir

image-reklam_sirab_01

Almaniyanın məşhur nəşrlərindən biri olan   “Bild” Türkiyə ilə bağlı diqqətçəkən təhlil yazı yayımlayıb. Vətəninfo.az xəbər verir ki, nəşr  Ukrayna-Rusiya müharibəsinin qalibinin  Türkiyə olduğuna diqqət çəkib.

Nəşrin yazısında qeyd edilir ki, Türkiyə ilə Rusiya arasında ixrac və idxal rəqəmlərinin bir ildə iki dəfə artıb. “Rusiyanın 2022-ci ildə Türkiyənin ən böyük ticarət tərəfdaşı olaraq Almaniyanı əvəzləyib.” -nəşr yazıb.

Ukrayna – Rusiya müharibəsi və ondan sonra baş verənlərlə bağlı məqalədə; Türkiyənin Rusiya sərmayələri üçün mühüm mövqeyə gəldiyi bildirilib. Keçən il Almaniyanı əvəzləyən Rusiyanın Türkiyənin ən böyük ticarət tərəfdaşı olması ilə bağlı məlumatların yer aldığı xəbərdə bu ifadə yer aldı: “Türkiyə Rusiyaya maşın və avadanlıq satışında Almaniyanı geridə qoydu.”
Dünyaca məşhur Bodrum kurortunda dəbdəbəli ticarət mərkəzində rus dilində lövhələrin olduğu diqqətə çatdırılan məqalədə rus oliqarxlarının dəbdəbəli yaxtalarının Türkiyə limanlarında lövbər saldığı heç kimə sirr deyildi. Ankaranın Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarla razılaşmadığını xatırladan təhlildə sözügedən addımın Türkiyə üçün faydalı olduğu bildirilib.

“UKRAYNA MÜHARİBƏSİNİN QALİBİ TÜRKİYƏ”
“Türkiyə vəziyyəti bir çox cəhətdən öz xeyrinə çevirdi” adlanan xəbərdə prezident Ərdoğanın yürütdüyü siyasətlə bağlı “Ukrayna savaşının qalibi Türkiyədir” şərhi də yer alıb. Xəbərdə bu vəziyyətin Aİ üçün narahatlıq doğurduğu da vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki