image-ukrayna-esgeri-2backend

Bild: Ukraynaya ərazilərin qaytarılması üçün vaxt qoyulub

image-reklam_sirab_01

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərini qaytarmaq üçün altı ay vaxtı var. Bundan sonra Qərb Kiyevi sülh danışıqlarına məcbur etməyə çalışacaq.

Bu barədə Almaniyanın “Bild” qəzeti ABŞ və Almaniya hökumətlərindəki mənbələrə istinadən yazır.

Onların fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüş meydanında ciddi uğur qazana bilməyəcəyi təqdirdə baş verəcək.

“Həm ABŞ-da, həm də Almaniyada bağlı qapılar arxasında belə bir fikir irəli sürülür ki, Ukrayna payıza qədər ərazilərini qaytarmalıdır. Əgər bu alınmasa və ya qismən alınsa, danışıqlara məcbur etmək üçün təzyiqlər artacaq”, – nəşr yazır.

Ukrayna yazda əks hücuma keçməyi planlaşdırır. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı dekabrın ortalarında demişdi ki, 2022-ci il fevralın 23-ü sərhədlərinə çatmaq üçün ona 300 tank, 700 piyada döyüş maşını və 500 haubitsa lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki