image-reklam-veteninfo
image-1backend

Bir gecədə  Ukraynanın 419 pilotsuz uçuş aparatı vuruldu

image-reklam-veteninfo

Rusiyada iyunun 30-na keçən gecə hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələrində ümumilikdə 419 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilən pilotsuz uçuş aparatlarının hamısı təyyarə tipli olub. PUA-lar Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Orel, Ryazan, Lipetsk, Rostov, Saratov, Smolensk, Tambov, Tver və Tula vilayətlərində, həmçinin Moskva istiqamətində, Krasnodar diyarında və işğal altında olan Krım yarımadasında vurulub.

Rusiya tərəfi bildirib ki, gecə yarısından etibarən təkcə Moskva istiqamətində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən pilotsuz uçuş aparatlarının sayı 50-yə çatıb.

Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki