image-reklam-veteninfo
image-1backend

Bir qərar, bütün bəşəriyyətin taleyi: Stanislav Petrov nüvə müharibəsinin qarşısını necə aldı?

image-reklam-veteninfo

1983-cü il sentyabrın 26-da baş verən hadisə Soyuq müharibə tarixinin ən təhlükəli anlarından biri kimi yadda qalıb. Həmin gün sovet zabiti Stanislav Petrovun verdiyi qərarın mümkün nüvə qarşıdurmasının qarşısının alınmasında mühüm rol oynadığı bildirilir.

Həmin dövrdə SSRİ ilə Qərb arasında münasibətlər son dərəcə gərgin idi. Sentyabrın 1-də sovet hərbçiləri hava məkanını pozduğu bildirilən Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vurmuş, nəticədə göyərtədəki 269 nəfərin hamısı həlak olmuşdu. Hadisə Moskva ilə Qərb arasındakı münasibətləri daha da gərginləşdirmişdi.

Belə bir şəraitdə, sentyabrın 26-da Sovet İttifaqının “Oko” erkən xəbərdarlıq sistemi ABŞ-dan nüvə raketlərinin buraxıldığını göstərən siqnal verdi.

Növbətçi zabit, podpolkovnik Stanislav Petrov qarşısında son dərəcə kritik qərar verməli idi. Mövcud prosedurlara əsasən, siqnal barədə ölkənin ali rəhbərliyinə məlumat verilməli və mümkün cavab zərbəsi ilə bağlı qərar qəbul edilməli idi.

Lakin Petrov sistemin verdiyi məlumatları təhlil edərək siqnalın yanlış ola biləcəyi qənaətinə gəldi. O, ABŞ-ın həqiqi hücumu zamanı sistemdə cəmi bir neçə raketin görünməsini məntiqsiz hesab etdi və xəbərdarlığın kompüter sistemində yaranmış yanlış siqnal olduğunu bildirdi.

Sonradan məlum oldu ki, sistem həqiqətən də səhv işləmişdi. Beləliklə, Petrovun qərarı mümkün yanlış cavab zərbəsinin qarşısının alınmasına kömək etdi.

Hadisənin miqyası geniş ictimaiyyətə yalnız 1990-cı illərdə, SSRİ dağıldıqdan sonra məlum oldu. Petrov daha sonra müxtəlif beynəlxalq mükafatlara layiq görüldü və nüvə müharibəsinin qarşısının alınmasında rolu ilə tanındı.

Stanislav Petrov 2017-ci ildə 77 yaşında vəfat edib. Onun adı Soyuq müharibənin ən təhlükəli anlarından birində təmkinli qərar vermiş sovet zabiti kimi tarixə düşüb.

Yadigar Sadıqlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki