“Olduqca çətin durumdayıq. Biz Qarabağdakı ermənilərə dəstək ola bilmirik. Laçın dəhlizinin açılması üçün bütün gücümüzü səfərbər etməliyik. Biz bunun üçün mübarizə aparmalıyıq”- Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan hökumətinin bu gün, yanvarın 5-də keçirilən iclasında bildirib və əlavə edib ki, bu istiqamətdə davamlı səylər göstərmək lazımdır.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, eləcə də 6 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüşün razılaşmalarına sadiqdir.
Paşinyan bildirib ki, Qarabağ ermənlərinə dəstək olmaq üçün baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaradılıb. Qrup artıq bir neçə iclas keçirib və yaranmış vəziyyətdən irəli gələn humanitar xarakterli qərarlar qəbul edir və lazım olana qədər fəaliyyətini davam etdirəcək.