image-l_0x0wh_786x458z_1_1backend

Biz minalınmış xəritələrini buna görə vermirik: Mirzoyandan sensasion ETİRAF

image-reklam_sirab_01

“Azərbaycan bəyan edir ki, Ermənistan minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina edir və Qarabağın ətraf rayonlarında yeni minalar yerləşdirməyə davam edir, nəticədə çoxlu insan tələfatı var.” –Vətəninfo.az xəbər verir ki. bunu   Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  müsahibəsində bildirib.

“Bildiyiniz kimi, Ermənistan  həm üçtərəfli sazişlər, həm də beynəlxalq hüquq çərçivəsində belə bir öhdəliyin olmamasına baxmayaraq, malik olduğu bütün mina sahəsi xəritələrini birtərəfli qaydada Azərbaycana verib. Bundan başqa, biz ötürülən xəritələrin dekodlanmasına dəstək vermək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Amma bəzi xəritələri hələ də verməməyimizin tutarlı səbələri var” -deyə Mirzoyan bildirib.

“Biz inkar etmirik ki, Ermənistan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisində minaatırma işləri aparır və bu, Azərbaycanın hücum riskinin daim yüksək olması ilə bağlıdır. Biz bu xəritələri Azərbaycana versək ciddi problemlərimiz ola bilər”, – Ermənistanın xarici işlər naziri qeyd edib.

Nazir nədənsə çıxışında Qarabağ ərazisində minalanmış ərazilərin xəritəsi ilə bağlı bir kəlmə də danışmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki