image-timthumb-3backend

Biz Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə hazırıq – Nikol Paşinyan

image-reklam_sirab_01

Biz Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə hazırıq. Vətəninfo.az xəbər verir ki, bunu Nikol Paşinyan  Almaniyanın Xarici Əlaqələr Şurasında “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivi” adlı müzakirədə deyib.

“Regional sülhə baxışımızın başqa bir istiqaməti Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Biz Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa hazırıq. 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış ümumi sərhədimizi tam açacağımıza ümid edirik.

İrəli getmək üçün kiçik, lakin ümidverici əlamətlərimiz var. 2022-ci ilin iyulunda ölkələrimizin xüsusi nümayəndələri üçüncü ölkə vətəndaşları üçün hava yük daşımalarının yaradılması və dövlətlərarası sərhədlərin açılması barədə razılığa gəliblər.

Yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırıldı və ümid edirik ki, sərhəd tezliklə üçüncü ölkə vətəndaşları üçün açılacaq. “- deyə Paşinyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki