image-image_750x_6390436d79425backend

“Biz Ukraynanı bu müharibəyə təhrik etməmişik” – Blinken

image-reklam_sirab_01

“ABŞ Ukraynanı Rusiya ərazisinə hücum etməyib və yaxud kömək etməyib. Vaşinqtonun dəstəyi yalnız Ukraynaya özünümüdafiə imkanlarını təkmilləşdirməyə imkan verəcək hərbi yardıma yönəlib”- Vətəninfi.az  xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib.

“Biz ukraynalıları Rusiya ərazisinə hücum etməyə təşviq etmirik və onlara  imkan vermirik. Ancaq Rusiyanın öz ölkələrinə qarşı davam edən təcavüzü qarşısında ukraynalıların hər gün nə yaşadıqlarını anlamaq vacibdir. Biz bütün dünya üzrə tərəfdaşlarımızla birlikdə onların özlərini, ərazilərini və azadlıqlarını qorumaq üçün lazımi avadanlıqlara malik olmasını təmin etməkdə qərarlıyıq”, – dövlət katibi əmin edib.

O, həmçinin qeyd edib ki, hazırda ABŞ-da Ukrayna pilotsuz təyyarələrinin Rusiya təyyarələrinə və hərbi bazalarına zərbələr endirməsi barədə ətraflı məlumat yoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki