image-defaultbackend

“Biz Ukraynaya 10 MiQ-29 təhvil verməyə hazırıq” – Slovakiyanın müdafiə naziri

image-reklam_sirab_01

Slovakiya 10 MiQ-29 qırıcısını Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib.Vətəninfo.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Slovakiya ehtiyat hissələri və texniki xidmət üzrə mütəxəssislər çatışmazlığı səbəbindən MiQ qırıcılarının istifadəsini dayandırıb.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov vurğulayıb ki, Ukrayna əks-hücum əməliyyatına başlamaq üçün döyüş təyyarələrinə ehtiyac duyur. Ukraynaya döyüş təyyarələrinin verilməsi ilə bağlı danışıqlar bir aydan çoxdur ki, davam edir.

Eyni zamanda İtaliya mətbuatı yazır ki, İtaliya Ukraynaya beş döyüş təyyarəsi verə bilər. Söhbət Tornado və Amx-dan gedir. Lakin İtaliya bunu birinci etmək istəmir.

Polşanın baş naziri Mateuş Moravetski ölkəsinin Ukraynaya MiQ-29 qırıcılarını təhvil verməyə hazır olduğunu açıqlayıb. Lakin Polşa bunu yalnız daha geniş koalisiya çərçivəsində edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki