image-eb5aa281-2037-444f-9f9c-57c50c965198backend

“BİZƏ İLİŞMƏYİN…” – Ərdoğan Yunanıstana xəbərdarlıq edib

image-reklam_sirab_01

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Egey dənizində təxribatlardan çəkinməyə çağırıb. Türkiyə lideri bəyan edib: «Bizə ilişməyin. Bizim sizinlə Egey dənizində mübahisəmiz yoxdur».

Bu barədə dekabrın 20-də TRT News agentliyi xəbər verib.

Mardin əyalətinin cənub-şərqində gerçəkləşən tədbirdə Türkiyə lideri qeyd edib: «Onlar yenə də Egey dənizində hansısa sərsəm hərəkətlər ediblər. Əlbəttə, biz də lazım olanı etmişik».

Onun bəyanatı bundan sonra səslənib ki, yunan təyyarələri NATO-nun təlim missiyasının beynəlxalq hava məkanında Egey dənizi üzərində həyata keçirilməsinə mane olmağa çalışıblar. Yunan təyyarələri missiyanı bloklamağa cəhd göstəriblər – bunu Milli Müdafiə Nazirliyində bəyan ediblər və əlavə ediblər ki, Türkiyə HHQ onlara «lazımi cavab verib…» və NATO missiyası uğurla başa çatdırılıb.

Ərdoğan qeyd edib ki, o, məmurlara tapşırıb, «lazım olanı etsinlər… əgər Yunanıstan bu fəaliyyəti davam etdirərsə» və özünün xəbərdarlığını təkrar edib: «BİR GECƏ BİZ, QƏFLƏTƏN GƏLƏ BİLƏRİK».

Türkiyə lideri eləcə də xatırladıb ki, Türkiyə tərəfindən bu yaxınlarda uğurla həyata keçirilən ballistik raket sınaqları Afinanı «qorxudub» (Mənbə: eadaily.com).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki