Rusiya prezidenti Vladimir Putin Rusiyanın qorunub saxlanmasını əsas problem adlandırıb.
Vətəninfo.az xəbər verir ki, dövlət başçısı fevralın 2-də Volqoqradda ictimai vətənpərvərlik və gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.
“Bizim əsas vəzifəmiz Rusiyanın qorunub saxlanmasını təmin etmək, onun mütərəqqi inkişafı, güclənməsi üçün şərait yaratmaqdır… Amma bu ümumi məqsədə çatmaq üçün işin tərkib hissələrindən biri, əlbəttə ki, dirçəliş, tarixi yaddaşın qorunmasıdır”, – RİA. “Novosti” bu barədə Putinə istinadən məlumat yayıb.