image-image_750x_6425cc737e5a6backend

Blinken ABŞ vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.
Vətəninfo.az xəbər verir ki, onun bəyanatını ABŞ Dövlət Departamenti yayıb.

Blinken belə bir bəyanatla “The Wall Street Journal”ın əməkdaşı amerikalı Evan Qerşkoviçin Rusiyada casusluqla bağlı cinayət işi çərçivəsində həbs edilməsi fonunda çıxış edib.

“Biz Rusiya torpaqlarında ABŞ vətəndaşları üçün təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı təkrarlayırıq”, – Blinken bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki