ABŞ dövlət katibi Entoni Blinken fevralın 16- dan 22- dək Almaniya , Türkiyə və Yunanıstana rəsmi səfər edəcək . Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays çərşənbə günü yaydığı bəyanatda deyilir.
Fevralın 16- da Blinken Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək və burada Ukraynaya gələcək dəstəyi , Türkiyə və Suriya xalqına yardımı müzakirə etmək üçün bir sıra ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək .
Fevralın 19- da dövlət katibi Türkiyənin İncirlik aviabazasına baş çəkəcək və burada zəlzələdən sonra ABŞ-ın yardımını izləyəcək , daha sonra o, Ankaraya gedəcək və burada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ölkənin digər rəsmiləri ilə görüşərək Türkiyəyə gələcək yardım və NATO çərçivəsində əməkdaşlığı müzakirə edəcək .