image-defaultbackend

Blinken gecə ilə Misirə səfər etdi: Dövlət katibi hansı mesaj üçün səfər edib? 

image-reklam_sirab_01

ABŞ dövlət katibi Antoni Blinken bu gecə  Yaxın Şərqə yola düşüb. Vətəninfo.az xəbər verir ki, İsrail mətbuatı bu səfəri planlaşdırlmamış səfər adlandırıb.

İsrail mətbuatı iddia edir ki,  Blinkenin səfərinin gündəmində İran və Ukraynadakı müharibə var.

Blinken Qahirədə dayandıqdan sonra bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahunun yeni administrasiyası ilə danışıqlar aparmaq üçün Qüdsə gedəcək, o cümlədən İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirmək istəyən ultra-millətçi partiyalarla görüş keçirəcək.

Həmçinin ABŞ dövlət katibi Fələstin lideri Mahmud Abbas, bəzi digər Fələstin rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmək üçün Ramallaha gedəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki