image-3333backend

Blinken Paşinyana yol göstərdi: Ermənistan hansı yolu seçəcək?

image-reklam_sirab_01
Noyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.Vətəninfo.az xəbər verir ki, Ermənistan baş nazirinə yaxın mənbədən  erməni mediasına verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, xüsusilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşü, ardınca isə üçtərəfli görüşlə bağlı fikir mübadiləsi aparıblar.

“Hraparaq” nəşri  iddia edir ki, telefon danışığında əsas məsələ Zəngəzur dəhlizi və sülh sazişinin bağlanması olub.

“Blinken bəyan edib ki, ABŞ Ermənistan-Azərbaycan münasibətlərində   dəstəyini davam etdirməyə hazırdır.”- deyə ermni mediası yazıb.

“Məsələ heç də ABŞ-ın Ermənistana verdiyi dəstəkdən yox, regiondakı siyasi konnikturanın cızılmasından gedir. Ermənistan ya Rusiyanın, ya da ABŞ çətirini seçməlidir. Blinken Paşinyana yolu göstərib. Qalır rəsmi İrəvanın hansı yolu seçəcəyinə…” – “Hraparaq” nəşri  yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki