image-c74b5b6e-b5cc-30ac-bf47-4269875c86c6_850backend

Blinken Quterreşlə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken BMT-nin baş katibi Antoniu Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“(Onlar-red) BMT-nin (ölkələrin-red) suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsiplərinin qorunmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin Ukrayna və Haitidə təcili təhlükəsizlik və humanitar böhranların həlli üçün BMT-nin fəaliyyətinin davam etdirilməsinin zəruriliyini müzakirə ediblər”, – məlumatda bildirilir.

Bundan əlavə, tərəflər Efiopiyadakı vəziyyətə də toxunublar.

“Dövlət katibi Blinken Birləşmiş Ştatların səhiyyə, iqlim, ərzaq təhlükəsizliyi sahələrində, o cümlədən dünyanın ən aktual kollektiv çağırışlarını həll etməyə hazır olmasını təmin etmək üçün BMT sisteminin gücləndirilməsi və modernləşdirilməsinə sadiqliyini təsdiqləyib”, – Dövlət Departamenti əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki