ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
ABŞ dövlət katibi fevralın 5-6-da Çin nümayəndələri ilə Ukrayna müharibəsini müzakirə edəcək, Ağ Evin Milli Təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi daha əvvəl bildirib.
ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.
ABŞ Çin hökumətini “Çin Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün silah verərsə” nəticələri barədə xəbərdarlıq edib.